Ərdoğana qarşı təbliğat aparan diaspor rəhbəri kimdi? - FOTO

585

"Dünya Azərbaycanlıları Assambleyası” adlı qurumun rəhbəri Rəşad Quliyev Türkiyə əleyhinə təbliğat aparmaqda, Fətullah Gülənə rəğbət bəsləməkdə ittiham olunur. Bu barədə məlumatları Axar.az saytı yayıb. Sayt yazır ki, Rəşad Quliyev Türkiyə əleyhinə kəskin ittihamlar səsləndirən, Türkiyə lideri Ərdoğana qarşı aksiyalarda fəallığı ilə seçilən Serap Gülerin seçki kampaniyasına qoşulub və onun qalib gəlməsi üçün çalışıb. Ancaq S.Güler tutduğu yanlış yolun "bəhrəsi”ni görüb və Almaniyada əyalət məclisi seçkilərində uğur əldə etməyib.
R.Quliyev özü də bu məğlubiyyətin S.Gülerin Türkiyə əleyhinə açıqlamaları ilə bağlı olduğunu dolayısı ilə etiraf edib.

Yazıda qeyd olunur ki, R.Quliyev hətta bəzi məqamlarda Azərbaycana "ağıl öyrətmək” təşəbbüsü də göstərib və Türkiyədə baş verən prosesləri bu cür dəyərləndirib:

"Türkiyə ilə münasibətlər ölkəm üçün həddindən artıq vacibdir. Biz dost ölkələr deyilik, qardaş ölkəyik. Eyni soydan, eyni kökdən gəlirik. Eyni dəyərləri, mədəniyyəti, tarixi bölüşürük. Türkiyədə Cənab Fətullah Gülən qrupu ilə Cənab Ərdoğan qrupu arasında barışmaz siyasi mübarizə gedir. Bizim hökumətimiz bu münaqişələrdən özünü kənar tutmalı, balanslı münasibət sistemini qorumalıdır. Biz yalnız beynəlxalq səviyyədə terror qruplaşması kimi tanınan və Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK ilə mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq etməliyik. Türkiyə hakimiyyətinin yanlış siyasi oyunlarına qarışmamalı, daxili siyasi intriqaların ölkəmizə ixrac edilməsinə heç bir halda imkan verilməməlidir”.

Gördüyü kimi, R.Quliyev əli türk qardaşlarımızın qanına batmış terrorçubaşı Fətullah Güləni hörmət və sevgi ilə anaraq ona "cənab” deyir.

Axar.az daha sonra iddia edir ki, Quliyevin Türkiyəyə xəyanəti bunlarla bitmir. O, Türkiyədə baş verən terror, günahsız insanların qanının tökülməsi ilə bağlı türklərə çağırış edib. Regionda supergüclərlə haqlı mübarizə aparan Türkiyə hökumətini baş verənlərin tək günahkarı adlandırıb. "Sədr” bununla da kifayətlənməyib və insanları açıq şəkildə Türkiyədə dövlət çevrilişinə səsləyib (Skrin-şot əlavə edilir – red.). Onun çevriliş arzusu "cənab” adlandırdığı Fətullah Gülənin istəyi ilə üst-üstə düşür:

"Türkiyədə baş verən hadisələrlə bağlı yazılan statuslara, başsağlığı mesajlarına qatılıram. Amma şüarla danışmaq zamanı bitib. "Başın sağ olsun Türkiyə!”, "Yanındayıq”, "Acınız acımızdır!”, "Terrora lənət!”, "Allah bəlalarını versin"... Təbii ki, qardaşımın acısı acımdır. Bunu hər terror olayında təkrar etməyin nə mənası?! Ərdoğan iqtidarı Türkiyənin başını bəlalara soxdu. Sözün əsl mənasında problemdədir Türkiyə. Öz içindəki terroru bitirmədən, Misirlə, Suriya, Liviya, Fələstinlə uğraşır. Ölkəni terror poliqonuna çevirdi. Amerikanın Ortadoğu projesini həyata keçirib, Türkiyənin beynəlxalq imicini bərbad duruma saldı. Gah Əsədlə istirahət əyləncəsinə gedib mətbuata pozlar verdi, gah da Mursiyə vəkillik etdi. Fələstin məsələsi ilə bağlı Türkiyəni İsraillə "düşmən” etdi, Misirdəki iç savaşa qarışıb Misir dövləti ilə əlaqələri məhv etdi. Suriya probleminə müdaxilə edib İŞİD-ə silah verdi, sonradan türkmənləri xatırlayacaq oldu. İraqa ordu yeridib daha sonra İraqla münasibətləri bərbad duruma gətirdi. Suriya üçün İranla, regiondakı əsas partnyoru Rusiya ilə əlaqələrinə zərbə vurdu. Bir ara PKK ilə masaya otururdu, baş terroristin otağına televizora qədər qoydurmuş, ordu generallarına terrorist damğası vurub həbsə atdırmışdı. Terrorun şəhərə ayaq açmasına, silahlanıb dirçəlməsinə şərait yaratdı. Sən ölkəndə problemləri həll etdinmi ərəb dünyası ilə məşğul olursan? Kobud çıxsa da deyəcəm, ərəb dövlətlərinin canı cəhənnəmə. Minlərlə peyğəmbər gəldi, kitab göndərildi, oxuyun, adam olun deyildi. 1500 ildir ərəb "adam” ola bilmir. Dünya elmini, texnalogiyasını inkişaf etdirərkən müsəlmançılıq propoqandası aparıb Azərbaycan kimi, Türkiyə kimi dövlətlərə cahiliyyəti gətirməsi ilə geriliyə götürdülər. Allahdan bəla-filan istəməyin. 1500 ildir müsəlmandan çox bəla istəyən, eyni zamanda dua edən başqa təbəqə yoxdur. Allah bəla verməyəcək. Qarğışla da iş həll olunmayacaq. Bu işin başında yeganə çıxış yolu var. Allah-Allah deyib milyonlara sahib olan saxtakar dindar qrup AKP iqtidardan getməyincə hələ çox "Başın sağ olsun Türkiyə” deməyə davam edəcəksiniz. Bu partiya daha nələr, hansı pislikləri etməlidir ki , nəhayət, Türk milləti gerçəkləri görüb ayağa qalxsın?!”

Qeyd edək ki, R.Quliyev haqqında bir müddətdir ki, tənqidi məqalələr yayınlanır. Onun insanları aldadaraq böyük məbləğdə pullar mənimsədiyi bildirilir. Dünən isə anasının borc yiyələri ilə videosu yayılıb. 



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər