Ru
22:57 / 27 Avqust 2019

Ərdoğanla Putin dondurma qonaqlığında - VİDEO

4575
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib. BakuPost-un  Türkiyə KİV-lərinə istinadən məlumatına görə, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar. Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib. V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib. Dondurmaların ümumi məbləği 210 rubl edib. Putin, cibindən bir dəstə əskinas çıxarıb, onların içərisindən üzərində Krımın simvolu olan beş minlik rublu satıcıya uzadıb.
"Pulun qalığını nazirə verərsən", - deyə Putin Sənaye və Ticarət naziri Denis Manturova tərəf işarə edib: "Bu, aviasiyanı inkişaf etdirmək üçündür".

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər