Ru
11:56 / 12 Noyabr 2019

Ərdoğan bu gün ABŞ-a gedir

1683
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

BakuPost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək.


Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə məsələləri müzakirə olunacaq.

Bunlardan başqa, prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti, terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Səfər zamanı T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək.

Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər