Ru
00:31 / 07 Noyabr 2019

Ərdoğan noyabrın 13-də ABŞ-a gedir

1555
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bu barədə Donald Tramp "Twitter" səhifəsində bildirib.


"Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu. O, münaqişə zamanı qaçdığı bildirilən çox sayda İŞİD döyüşçüsünü, o cümlədən terrorçu qatil əl-Bağdadinin həyat yoldaşı və bacısının ələ keçirilməsi barədə məlumat verdi. Biz, həmçinin Suriya və Türkiyə sərhədi, terrorizmin aradan qaldırılması, kürdlərlə düşmənçiliyin sona çatması və digər məsələlər barədə danışdıq. Gələn çərşənbə günü, 13 noyabrda prezident Ərdoğanı Ağ Evdə görməyi səbirsizliklə gözləyirik", - deyə ABŞ prezidenti bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər