20:15 / 30 Sentyabr 2021

Ərdoğan Putinlə görüşdə Qarabağ razılaşmasından danışdı - VİDEO

1329
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə baş tutan danışıqların bəzi detallarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, Türkiyə Prezidenti danışıqlarda Suriya, İdlib mövzusunun başlıca mövzulardan biri olduğunu bildirib.

R.T.Ərdoğan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınmasına dair məsələyə də toxunub və vurğulayıb ki, bütün təzyiqlərinə baxmayaraq Ankara öz ehtiyaclarını qarşılamaq məqsədilə Moskvadan “S-400”-lərin ikinci partiyasının tədarükünə də həyata keçirməkdə israrlıdır və Türkiyə bu məsələdə geriyə addım atmaq kimi bir niyyəti yoxdur.

Türkiyə Prezidenti Qarabağ razılaşmasında yer alan Zəngəzur Dəhlizi ilə əlaqədar da Vladimir Putinlə danışıqlar aparıldığını vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, həyata keçiriləcək nəqliyyat kommunikasiya xətlərinin açılması bölgə ölkələri üçün ticari və iqtisadi fürsətlər yaradacaq.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər