Ru
21:21 / 14 Dekabr 2019

Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO

2926
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1944-cü ildə baş verən Axıska sürgünün 75-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində çıxış edib.

BakuPost.az xəbər verir ki, Türkiyə Prezidenti Axıska türklərinin vətənindən sürgün edildiyini, aclıqdan öldüyünü, sovet hakimiyyəti tərəfindən insanlıqdan kənar münasibətə məruz qaldıqlarını söyləyib.

Ərdoğan sözlərini millət vəkili Qənirə Paşayevanın “Axıska” şeiri ilə tamamlayıb.

Qeyd edək ki, 1944-cü il noyabrın 14-də 90 mindən çox Axıska türkü SSRİ lideri İosif Stalinin sərəncamı ilə öz ata-baba yurdlarından - Gürcüstandan Mərkəzi Asiya və Sibirə sürgün edilib. Sürgün zamanı yük vaqonlarında daşınan türklərin bir hissəsi havasızlıqdan, soyuqdan və aclıqdan həlak olub. Bu zaman təxminən 30 min Axıska türkünün öldüyü, bir hissəsinin ağır xəstəliyə düçar olduğu bildirilib.

Sözügedən videoni təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər