Ru
16:53 / 29 Yanvar 2020

Ərdoğan Trampı ittiham etdi: "Sülhə xidmət etmir"

2385
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin probleminin nizamlanmasına dair təklif etdiyi plana etirazını bildirib.

BakuPost-un məlumatına görə, Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Qüdsün İsrailə verilməsi ilə bağlı plan qəbuledilməzdir.


"Qüds müsəlmanların müqəddəs torpağıdır. Qüdsün İsrailə verilmə planı əsla qəbul edilməyəcək. Bu, fələstinlilərin haqlarına məhəl qoymamaq və İsrailin işğalını qanuniləşdirmək planıdır. Təklif olunan plan sülhə xidmət etmir", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə “Əsrin müqaviləsi” və ya “Yüz ilin planı” adlandırılan 80 səhifəlik planı təqdim edib. Plana əsasən, Qüds İsrailin ayrılmaz paytaxtı olaraq qalacaq. ABŞ, həmçinin Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər