Ru
17:22 / 10 Sentyabr 2019

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

4442

“Qarşıdan gələn dönəmdə ABŞ prezidenti Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram”.


BakuPost.az
“Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.


O bildirib ki, Türkiyə ilə ABŞ əsaslı müttəfiqlik əlaqələrinə malikdir: “Bu ittifaq mütəmadi olaraq çətinliklərlə üzləşib və bu çətinlikləri adlayaraq keçib. Bu gün də çətinlikləri uğurlu şəkildə aradan qaldıracağımıza inanıram. Dostum Trampla səmimi və güclü bir dialoqumuz var. Ölkələrimizi maraqlandıran məsələləri müzakirə edirik. Qarşıdan gələn dönəmdə ABŞ prezidenti cənab Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram. Bütün səviyyələrdə güclü əlaqələrimiz var”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər