Ru
16:48 / 07 Oktyabr 2019

Ərdoğan Trampla F-35 mövzusunu müzakirə edəcək

2086
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın əvvəllərində Vaşinqtona nəzərdə tutulan səfəri zamanı ABŞ lideri Donald Trampla F-35 qırıcı təyyarələrinin çatdırılması məsələsini müzakirə edəcək.

BakuPost.az bu barədə Türkiyəmediasına istinadən məlumat verir.

“Çox güman ki, gələn ayın birinci yarısında Vaşinqtona səfər edəcəyik. Həm nümayəndə heyətləri ilə, həm də təkbətək müzakirələr aparacağıq. Bir çox məsələni və problemi hərtərəfli müzakirə etmək imkanımız olacaq. F-35 təyyarələrinin çatdırılması mövzulardan biridir. Bu, uzun prosesdir. Saziş çərçivəsində lazım olan ödənişi həyata keçirəcəyik. Biz bu mövzunu əsaslı müzakirə edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan Ankarada jurnalistlərə bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərini alması beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilməli idi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər