19:30 / 15 Sentyabr 2021

Ərdoğandan Bakının azad olunması günü ilə bağlı təbrik

454

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Azərbaycana təbrik ünvanlayıb.



Bakupost.az xəbər verir ki, Ərdoğan bu barədə Tvitter hesabında paylaşıb.


"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edib. Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram", - deyə Ərdoğan bildirib



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər