Ru
11:25 / 08 İyun 2020

Ərdoğandan namaz qərarı - Aya Sofya ibadətə açılır?

12334
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya ilə bağlı təlimat verib.

"BakuPost"un məlumatına görə, Aya Sofya ibadətə açıla bilər. İndi prezidentin müşavirləri 1935-ci ildən muzeyə çevrilən abidənin yenidən ibadətə açılması üçün qərarın ləğvinin yetərli olub-olmadığını araşdırırlar.
Dövlət başçısının ağlında buranın həm turistlərin ziyarətinə imkan verəcək, həm də ibadət edilə biləcək bir yer olması ilə bağlı planlar var.

Xatırladaq ki, muzeydə İstanbulun fəhtinin ildönümündə Fəth surəsinin oxunması Yunanıstanı narahat etmişdi. Yunanıstanın reaksiyasından narahat olan Ərdoğan isə "Aya Sofyada namaz da qılınar, surə də oxunar. Buna millətim qərar verər" deyə cavab vermişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər