Ru
12:56 / 17 Fevral 2020

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

1066

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Bu barədə BakuPost diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki, imzalanması planlaşdırılan sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

O, həmçinin Türkiyə liderinin Bakıya səfərinin fevralın 25-nə planlaşdırıldığını deyib.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər