Ru
21:22 / 16 Sentyabr 2020

Ərdoğanın Merkellə görüşü oldu

3989
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin veideokonfrans formatında görüşü olub.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyəti müzakirə ediblər.

Daha sonra bildirilib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həll ediləcəyi mümkündür.

Ərdoğan görüşdə deyib ki, Şərqi Aralıq dənizi məsələsində Türkiyə ədaləti və prinsipial olaraq qərarlı və aktiv siyasət yürüdəcək.

Qeyd edək ki, videokonfransda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Qalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər