Ru
21:01 / 15 Yanvar 2020

Ərdoğanla Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər

1336
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər.

BakuPost-un
məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, Liviyadakı mövcud vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.

Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Liviya ilə bağlı danışıqlar keçirilib. Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar, Tripoli hökuməti Fayez Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər