Ru
11:09 / 26 Mart 2021

Ərəblər Azərbaycana xüsusi reyslə gəliblər - VİDEO

4060
Ərəblər Azərbaycana 15 mart tarixində xüsusi reyslə gəliblər. Bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.

Bakupost.az -ın məlumatına görə, videoda masa üzərində görünən Sirab sularından bəlli olur ki, təyyarə Azərbaycana məxsus çarter reysdir.

Ərəblərin belə lüks şəraitdə Azərbaycana gəlməsi sosial şəbəkə seqmentində etirazla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, ərəblər Qax rayonunun Acınohur çölündə nadir quş növlərini ovlayıb, kabab çəkiblər.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırma nəticəsində qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər