Ru
09:25 / 18 May 2019

Arvadından boşanan gənc özünü yandırdı - Qaxda dəhşət

8784
Qax şəhərində intihara cəhd hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü yerli sakin İbrahimov Tural Elman oğlu gecə saatlarında yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb.
Dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 29 yaşlı T.İbrahimova bədənin 40 faizinin yanığı diaqnozu qoyulub.



Vəziyyəti ağır olan yaralı Bakı şəhərinə göndərilib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Tural bir müddət əvvəl evli olub və daha sonra ailəsindən ayrılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər