Erməni analar aksiyaya başladı - İrəvana giriş-çıxış bağlandı

Ermənistanda Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıb.

"BakuPost" xəbər verir ki, aksiyaya qısa zamanda çox sayda iştirakçı qatılıb.


Ermənistan Müdafiə Nazirliyinin binası önünüdə keçirilən aksiyada "Boş yerə övladlarımızı qırmayın", "Meyidlərimizi verin" kimi şüarlar səsləndirilib.

Əraziyə polis qüvvələri yeridilib.

Qeyd edək ki, sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumata görə, İrəvəna giriş-çıxışlar tamamilə bağlanıb.