Ru
23:42 / 15 Aprel 2021

Erməni komandir minaya düşdü - FOTOLAR

1531
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb.

Bakupost.az xəbər verir ki, erməni mətbuatının yazdığına görə, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb.

Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər yaralının həyatı üçün hər hansı təhlükənin olmadığını bildiribər. FHN-in əməkdaşı cərrahi əməliyyat edilib.

Qeyd edək ki, bu, Qarabağda müharibənin dayandırılmasından sonra ermənilərin axtarış-xilasetmə əməliyyatları zamanı xəsarət almaları ilə bağlı üçüncü hadisədir. Daha əvvəl ermənilərin basdırdıqları mina partlayışı ilə bağlı iki analoji hadisə baş verib.

Xatırladaq ki, Ermənistan noyabrın 10-da imzalanmış Qarabağ bəyanatını pozaraq minalanmış ərazilərin sərhədlərini təqdim etməkdən imtina edir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər