Ru
16:52 / 03 May 2019

Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir - FOTO

2722

"Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol”  adlı  sənədli  filmin çəkilişlərinə start verib.


BakuPost xəbər verir ki, filmin çəkilməsində məqsəd son iki əsrdə erməni millətçiləri tərəfindən Qafqazda azərbaycanlılara qarşı gerçəkləşdirilən etnik təmizləmə, soyqırım və deportasiya siyasətinin nəticəsində  xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərin tarixi adlarının dəyişdirilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır.


Layihə rəhbəri Telman Qasımovun sözlərinə görə, ermənilər artıq özləri etiraf edirlər ki, yüz minlərlə azərbaycanlı məcburi surətdə min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından SSRİ Nazirlər Sovetinin qərarı əsasında didərgin salınmış və xalqımıza məxsus yüzlərlə yaşayış məskəninin tarixi adları dəyişdirilərək dağıdılıb viran edilib:

 

"Bu mühüm tarixi ədalətsizlikləri beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırmaq məqsədi ilə indiki Ermənistanın tarixini araşdıran erməni tədqiqatçıların etiraflarını, həmçinin indiki Ermənistan Respublikasının sakinləri olmuş azərbaycanlıların xatirələrindən ibarət sənədli film Azərbaycan və rus dilində çəkilir. Filmdə Ermənistan adlanan tarixi Qərbi Azərbaycanın mahalları olan Vedibasar, Göyçə, Zəngəzur, Qara Kilisə və Amasiya rayonlarının kəndlərinin dəyişdirilmiş tarixi adlarının, bu yaşayış məskənlərində zamanında yerli xalq azərbaycanlılar olduqları barədə görüntüləri təqdim olunur, bütün bunlar erməni tarixçilərinin və gəlmə erməni sakinlərinin ifşaedici çıxışları ilə müşayiət edilir.

Düşünürəm ki, çəkilən film Azərbaycanın əleyhinə informasiya müharibəsi aparan düşmənlərə qarşı bir ideoloji, siyasi və informasiya  hücumu olacaqdır”.

Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir  - FOTO
Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir  - FOTO
Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir  - FOTO
Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir  - FOTO
Erməni soyqırımı ilə bağlı sənədli film çəkilir  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər