Ru
00:02 / 25 İyul 2020

Ermənilər azərbaycanlılara atəş açdı - VİDEO

4453
Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumlarını əks etdirən daha bir video yayılıb.

"BakuPost" axar.az-a istinadən xəbər verir ki, Moskvanın məhəllələrindən birində çəkildiyi bildirilən görüntünü “Vajnıy Potok” Yutub səhifəsi tirajlayıb.

Məlumata görə, ermənilər azərbaycanlılara pnevmatik tapançadan atəş açıblar. Azərbaycanlılar qaçaraq xilas olmağa çalışıblar.

Soydaşlarımız arasında yaralananların olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumları son iki gündə pik həddə çatıb. Az öncə ermənilərin azərbaycanlıların kafesini dağıtdığı və bazarda qarpız satan azərbaycanlıya hücum edərək, ona ciddi xəsarət yetirdiyini əks etdirən video yayılmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər