Ru
14:04 / 19 Oktyabr 2020

Ermənilər cəbhəyə qadınları göndərir RƏSMİ

2206

Ermənistan və Dağlıq Qarabağda aktiv döyüş əməliyyatlarının davam etdiyi münaqişə zonasındakı cəbhə bölgəsinə göndəriləcək könüllülərin qeydiyyatı prosesi davam edir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün "Facebook" səhifəsində məlumat yayıb.

O, cəbhədə döyüşmək üçün qadınlardan ibarət dəstə yaradıldığını qeyd edib. Bildirib ki, artıq 100 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi birləşmələrini ağır məğlubiyyətə uğradıb. Bu günə qədər düşmənin bir çox ali rütbəli zabiti, minlərlə canlı qüvvəsi və silah-sursatı məhv edilib. Ordumuz qarşısında tab gətirə bilməyən erməni cəbhəsində fərarilik geniş yayılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər