Ru
16:31 / 27 Noyabr 2020

Ermənilər əsirlikdəki Aminin fotosunu yaydılar

2195
İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosu yayılıb.

Onun fotosunu “Infoteka 24” yayıb.

Bildirilib ki, A.Musayev hazırda xəstəxanada müalicə alır.

Xatırladaq ki, Amin Musayevdən başqa daha bir hərbçimiz - Bayram Kərimov da 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüb. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər