Ru
23:15 / 07 Oktyabr 2020

Ermənilər Gürcüstandan hərbi maşınları bu cür daşıyır - Foto

12403
Bu gün Qarabağda Ermənistan ordusundan ələ keçirilən qənimətlərin yeni görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, AzTV-nin yaydığı görüntülərdə ələ keçirilən qənimətlərdən biri də Gürcüstan tranzit nömrəli KAMAZ markalı hərbi yük maşınıdır.

Gürcüstan transit nömrəli hərbi maşın Qarabağda necə peyda ola bilər?

Görünür, Gürcüstanın Rusiyadan gələn hərbi təyinatlı yükləri Ermənistan ərazisinə buraxmaması erməniləri hiyləyə əl atmağa məcbur edib. Belə ki, Gürcüstan vətəndaşı bu maşını idxal edir, Gürcüstanda transit nömrə alır və şəxsi avtomobili kimi Ermənistana keçirir. Ermənistan isə sözügedən hərbi yük maşınını Qarabağa göndərir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər