Ru
17:24 / 06 Oktyabr 2020

Ermənilər niyə qadın taboru yaratdı? - Tarixdəki ən iyrənc çıxış yolu

6174

Nicat Sadıqlı,
Jurnalist, Birinci Qarabağ döyüşləri iştirakçısı



Qələbə xəbərləri aldığımız və gözlədiymiz bir vaxtda bu məsələyə toxunmağım yerinə düşərmi bilmirəm, amma yazmaq da vacibdir.

Niyə ermənilər axçilərdən ibarət dəstə yaratdı? Bu suala cavab vermək üçün 31 il əvvələ dönüb, bir faktı diqqətə çatdırmaq istəyirəm.

1989-cü il. Qarabağ münaqişəsi hər ötən gün böyüyür. Erməni sılahlıları artıq sərhədlərdə də təxribata əl atırdılar. Belə bir vaxtda Moskva iki respublikanın sərhədlərinə sovet ordusunun bölmələrini yerləşdirmişdi. Guya bu yolla təxribatların qarşısını alacaqdı, sülh bərqərar olacaqdı.

Nə isə. Həmin bölmələrdən biri də Gədəbəy rayonunun ərazisində ermənilərin məskunlaşdırıldığı Başkənddən İrəvana gedən yolun üstündə yerlədirilmişdi. Burda onların Nəzarət Buraxılış Məntəqəsi də vardı. Onu da deyim ki, Gədəbəy rayonunun Şınıx zonasına gələn yolun bir hissəsi də bu əraziyə düşdüyündən, sakinlər hər gün həmin Nəzarət Buraxılış Məntəqəsindən keçməli olurdular. Məntqənin rəisi isə adını xatırlamadığım mayor rütbəli bir rus idi.

Bu mayor buraxılış məntqəsindən keçən ermənilərlə yaxşı davranır, şınıxlılara gələndə isə sifəti dəyişirdi. Yoxlamalar, yolda gözlətmələr və s. Heç bir etiraza da məhəl qoymurdu. Sakinlərin də əli heç yerə çatmırdı.

Nəhayət sakinlər özləri bunun səbəbini araşdırdılar. Məlum oldu ki, ermənilər hər gün bulaq başında bu rus mayora yemək-içmək təşkil edirlər. Həm də...
Həm də hər gecə yatağına bir erməni qızı salırlar. Hər gecə... Bəzən də bir neçə qız günlərlə mayorun qaldığı vaqonda qalır, eyş-işrət məclisləri qururdular. Beləliklə erməni kişilərin hədiyyə etdiyi erməni qızlarla intim ehtiyacını ödəyən rus mayor ermənilərin tərəfini saxlayırdı.

Başqa yerə şikayət edə bilməyən sakinlər Gədəbəy rayon hərbi komissarı, milliyyətcə kabardin olan Əfqanıstan veteranı, polkovnik-leytenant Malbaxova müraciət etdilər. Malbaxov da bu şikayətə dərhal reaksiya verdi və həmin mayoru həbs etdirdi. Həm də hər kəsin gözü önündə təhqir edərək. Bir də o mayoru görən olmadı. Yeri gəlmişkən, Malbaxov sonrakı illərdə Gədəbəydə könüllülərdən ibarət taborun qurulmasında və rayonun müdafiəsində iştirak etdi.

Bu faktı yazmaqda məqsədim odur ki, erməni qızları, qadınları erməni kişilərinin “təşkilatçılığı” ilə həmişə bu məqsədlərdə istifadə edilib. Tarix boyu erməni qızlarının alt paltarları rus zabitlərinin cibindən çıxıb. Hələ 90-cı illərdə böyük fikir adamımız Bəxtiyar Vahabzadə ermənilərin zaman-zaman bu yolla siyasi məqsədlərinə çatdığına dair çıxışlar ediridi.

Sözüm ona ki, indi də ermənilər axçilərdən ibarət taboru döyüşmək üçün yaratmayıb. Bu qızlar Qarabağda ordumuza qarşı istifadə edilən "nayomnik"lərin bir gecəlik həvəsi üçün toplanıb. Qızlar onlara “xidmət” edəcək, onlar da daha yaxşı döyüşəcəklər. Məqsəd budur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər