Ru
13:52 / 22 Sentyabr 2020

Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini terrorla təhdid etdi

2067

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev yenidən erməni terrorçularının təhdidinə məruz qalıb.

"BakuPost" xəbər verir ki, bu barədə T.Gəncəliyev özü bildirib.

"Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər. "Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - icma sədri əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bundan əvvəl də erməni terrorçularının təhdidinə məruz qalıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər