Ru
12:22 / 13 Aprel 2021

"Ermənilər Qubadlı meşələrinin yarısını məhv edib" - Nazir müavini

1267
"İşğaldan sonra erməni terrorçuları Qubadlı rayonu ərazisində yerləşən meşələrin yarısını məhv edib".

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qubadlı rayonuna səfər zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, dağlıq və meşəlik ərazilərin üstünlük təşkil etdiyi Qubadlı rayonunda işğaldan əvvəl 263.3 min hektar meşə fondu olub: "Rayon erməni təxribatçıları tərəfindən işğal olunduqdan sonra meşələrin məhv edilməsinə başlanılıb. Son hesablamalara görə, rayon ərazidəki meşələrin demək olar ki, 50 faizi məhv edilib".

Nazir müavini qeyd edib ki, işğaldan əvvəl Qubadlı rayonu dağ və meşəlik əraziləri ilə seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər