Ru
10:11 / 23 Sentyabr 2020

Ermənilər Yerevanda aclıq aksiyası keçirirlər

1683

Rusiyaya getmək istəyən ermənilər Yerevanda hökumət binasının qarşısında aclıq aksiyasına başlayıblar.

Məlumatı “Novosti Armenii - NEWS.am” yayıb.

Aksiya iştirakçıları Rusiyanın Ermənistan vətəndaşları üçün sərhədi açmasını tələb edirlər. Onlar bildirib ki, Ermənistanda işsizlik səbəbindən ailələrini dolandıra bilmirlər və Rusiyada işləməklə güzəranlarını təmin edirlər.

Qeyd edək ki, son həftələr Ermənistan vətəndaşları ölkə parlamenti və hökumət binasının qarşısında davamlı olaraq etiraz aksiyası keçirirlər. Ancaq onların problemi həll edilmir. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan sərhədin oktyabrın 8-9-da açılacağını bildirib. Ancaq Rusiya tərəfi hələ bu barədə heç bir açıqlama yaymayıb./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər