Ru
23:00 / 22 Oktyabr 2020

Ermənilərdən öz əsgərlərinə qarşı vandalizm - Cəsədlər bir xəndəyə atılır VİDEO

7906
Ermənistan ordusu tərəfindən bu dəfə də döyüşdə məhv edilmiş erməni əsgərlərinə qarşı vandal hərəkətlər həyata keçirilir.

Məhv edilmiş onlarla erməni əsgərlərinin meyiti öz döyüş yoldaşları tərəfindən qazılmış dərin xəndəyə atılır.

Sosial şəbəkələrdə bu vandalizm aktını sübut edən video yayılıb. Videodan aydın görünür ki, məhv edilmiş erməni əsgərlərin meyitləri ailələrinə təhvil verilməkdənsə, bir yerdə basdırılır.

Yəqin, Paşinyanın əmri ilə həyata keçirilən bu qandonduran hərəkətin arxasında da böyük hiylə durur. Ehtimal ki, düşmən həmin əsgərlərin ailələrinə övladlarının əsir düşdüyünü bildirəcək. Və müharibə bitəndən sonra beynəlxalaq təşkilatlar qarşısında iddia qaldıracaq ki, "Azəbaycan Ordusu Qarabağda erməni əsirlərinə qarşı soyqırımı edib".

Düşmənin bu məkrli planının həyata keçməsinə imkan verməmək üçün görüntüləri çox paylaşaq, dünya erməni vandalizminə bir daha şahid olsun.
dominant.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər