Ru
15:51 / 21 İyul 2020

Ermənilərin 2 hərbçisi vuruldu - Müdafiə Nazirliyi açıqladı

5614
"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır".

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur.


"Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb".

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər