Ru
23:35 / 28 Dekabr 2020

Ermənilərin dünən yaraladığı əsgərimizin görüntüləri yayıldı VİDEO

12445
Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücumu nəticəsində bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, müddətdən artıq xidmət edən əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

E.Əliyev Beyləqan rayon sakinidir. Yaxınlarının "BakuPost"a verdiyi məlumata görə, hücum nəticəsində ayağından, qolundan və çiyin nahiyəsindən 7 güllə yarası alıb.

O, bu gün müalicə üçün Bakıya gətirilib və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilib. Həkimlər bildirib ki, əsgərin vəziyyəti yaxşıdır.

E.Əliyev Vətən Müharibəsində göstərdiyi igidliyə görə Prezident tərəfindən "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalları ilə təltif edilib.
Şərhlər
  • Abdullayev Tural

    Allah qorusun səni şükür sənə Allahım Bütün Azərbaycan səninlə fxir edir Emin azacıq da olsa bu videonu çəkə bildim

  • Abdullayev Tural

    Allah qorusun səni qaqam bu videonu azacıq çəkdim səninlə fəxr edirik

  • Revan qonwusu

    Allah'ıma Cox şükür qonsudan da yaxn qardasimi Allah bize bağışladı

  • Elməddin

    Allahıma çox şükür Qardaşımızı bizə yenidən qaytardı Var olsun bütün hərbçilərimiz Allah hamınızı qorusun Qardaşımda içində Amin Allah

  • Nurlan İsmayılov

    Oğulsan qaqa bütün Beyleqanın duası senledi ????????❤️

  • Rəşad qardaşı

    Allaha çox şukur allah bizə yenidən hədiyyə elədi qaqamı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər