Ru
12:57 / 05 Oktyabr 2020

Ermənilərin qoyub qaçdıqları texnika - FOTOLAR

3344
Düşmənin daha bir neçə ağır texnikası qənimət olaraq ordumuz tərəfindən ələ keçirilib. Onların hamısı saz vəziyyətdədir.

Ermənilərin döyüş bölgəsində qoyaraq qaçdığı texnikalar tam yararlı vəziyyətdədir və Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülüb.

Son olaraq döyüş bölgəsindən saz vəziyyətdə olan 3 tank gətirilib. Qənimət kimi ələ keçirilən texnikalar arasında URAL və UAZ markalı minik avtomobilləri də çoxluq təşkil edir. Həmçinin digər silah-sursat və döyüş texnikaları da əsgərlərimiz tərəfindən düşmən mövqelərindən çıxarılıb.

Bəlkə də oxucularımız üçün sual yarana bilər ki, niyə düşmən döyüş bölgəsindən texnika, minik avtomobili ilə qaçmır?

Bunun çox sadə səbəbi var. Ordumuz sentyabrın 27-dən etibarən, hava zərbələri ilə düşmənin yüzlərlə ağır texnikasını, döyüş məntəqələrini, canlı qüvvələrini məhv edib. Döyüş bölgəsində ordumuzun gözündən qaçan bir texnika qalmayıb. Ermənilər də piyada qaçmağın daha təhlükəsiz olduğunu, belə halda sağ qalmaq imkanlarının daha çox olduğunu bilirlər. Bu səbəbdən də texnikanı qoyub, canlarını götürərək, qaçırlar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayan vətən müharibəsi ilk gündə olduğu kimi qətiyyətlə davam edir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev son çıxışında da vurğuladı ki, savaş torpaqlarımızın işğaldan tam azad olunmasına qədər davam edəcək. Qətiyyətlə qeyd etdi ki, ermənilərin heç bir şərti qəbul edilmir və Azərbaycan əsgəri düşməni Qarabağdan iti qovan kimi qovur!/Musavat.com

Reрortyor Məhəmməd Türkiyənin çəkdiyi fotoları təqdim edirik:

Ermənilərin qoyub qaçdıqları texnika  - FOTOLAR
Ermənilərin qoyub qaçdıqları texnika  - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər