Ru
12:42 / 01 Mart 2021

Ermənilərin yalan, şantaj dolu filmi beynəlxalq festivalda - FOTO

2638
Ermənilər Qarabağla bağlı film çəkib, “Berlin Film Festivalı”na təqdim ediblər.

"Bakupost" xəbər verir ki, “Black Bach Artsach” adlanan filmdə ermənilər yenə özlərini əzilmiş, haqqı tapdanmış, yurd-yuvalarından didərgin salınmış xalq kimi təqdim edirlər. Millətimizə qarşı istehza ilə dolu olan bu filmdə Azərbaycanın haqq savaşına işğal donu geyindirməyə çalışıblar.

Filmdə guya “artsax” adlanan məkandakı hadisələr canlandırılır.

İşin ən eybəcər tərəfi isə bu filmin həmin festivala qəbul edilməsidir.

“Berlin Film Festivalı-2021”-in rəsmi səhifəsində bu barədə məlumat verilib və məlumatda Azərbaycan əleyhinə şantaj dolu ifadələr yer alıb.

Fəal sosial şəbəkə istifadəçilərinin şikayətindən sonra məlumatda həmin hissə silinib.

Amma maraqlıdır ki, Azərbaycan dövlətinin rəsmi qurumları bu məsələyə hələ də münasibət bildirməyib. Ümid edirik ki, Mədəniyyət Nazirliyi qəflət yuxusundan ayılaraq, Berlinə kiçik də olsa, bir məktub ünvanlayacaq.


Şərhlər
  • Ülvi Seymurov

    İnşallah bu yalanlara kimsə inanmaz

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər