13:43 / 25 İyun 2019
Ermənini məğlub edib ağlayan samboçumuzun videosu rekord qırır BU VİDEOSU
2565
İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.
Bakupost "Yeni Sabah"a istinadən xəbər verir ki, Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda döyüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu zaman Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.