Ru
12:34 / 13 Aprel 2021

"Ermənistan cəmiyyətinin özü günahkardır" - Prezident

1023
“Ermənistanda ordularının məhv edildiyini, onun mövcud olmadığını anlayıblar, onların 10 min fərarisi var, onların bütün təsəvvürləri dəyişib”.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

Prezident mövcud vəziyyətə görə Ermənistan cəmiyyətinin özünün günahkar olduğunu qeyd edib: “Bu psixoloji travmadır, bəli, siz tamamilə haqlısınız, amma bunun günahkarı kimdir? Onlar özləri. Yalnız hakimiyyətdəkilər deyil, bütövlükdə cəmiyyət. Gözlərini açmalı və bu mühitdə yaşamalı olduqlarını anlamalıdırlar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər