Ru
22:16 / 14 Noyabr 2025

Ermənistan "kölgə kralı"nı Rusiyaya təhvil verməkdən imtina etdi

Ermənistan "kölgə kralı"nı Rusiyaya təhvil verməkdən imtina etdi
Eye

Dələduzluq işi ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan biznesmen Ruben Tatulyan RF-yə ekstradisiya edilməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyinə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının səlahiyyətli orqanlarının axtarışında olan Tatulyan 2025-ci il noyabrın 7-də Ermənistan polisi tərəfindən yaxalanıb.

"Tatulyan Ermənistan Respublikasının vətəndaşı olmadığı üçün həbs edilməyib, buna görə də xarici dövlətə təhvil verilə bilməz", - deyə baş prokurorluqdan bildiriblər.

Daha əvvəl Ermənistan DİN-in mətbuat katibi Narek Sarkisyan TASS-a bildirib ki, Tatulyanın saxlanılması ilə bağlı məlumat müəyyən edilmiş qaydada prokurorluğa və axtarışı başladan şəxsə ötürülüb.

Rusiyada kriminal aləmdə Robson kimi tanınan Tatulyan dələduzluq, cinayətkar dəstənin təşkili və qətl törətmək ittihamları ilə axtarışdadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar