Ru
22:33 / 19 Oktyabr 2020

Ermənistan MN: Cənub istiqamətində mövqe itkisi var

2793
Ermənistan Müdafiə Nazirliyi cəbhənin şimal və cənub istiqamətlərində bu gün ağır döyüşlər getdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, mediaya açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan şimal istiqamətində hər hansı dəyişikliyin olmadığını deyib.

Buna baxmayaraq, Ovannisyan cənub istiqamətində eyni sözü işlətməyib. O bildirib ki, “cənub istiqamətində şiddətli döyüşlərdən sonra tərəflərin mövqelərində o qədər də ciddi dəyişiklik baş verməyib”.

Dolayısı ilə Ovannisyan cənib istiqamətində mövqe itirdiklərini etiraf edib.

“İtkilərimizlə bağlı isə daha sonra məlumat verəcəyik”, - deyə o bildirib.

Ovannisyan hazırda döyüşlərin nisbətən səngidiyini də qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər