Ru
16:03 / 16 Noyabr 2021

Ermənistan qəfil hərbi əməliyyatlara başlayıb - MN rəsmisi - VİDEO

3621
"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".

Bakupost.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər