Ru
19:52 / 05 Avqust 2020

Ermənistan Rusiya kanallarının yayımını məhdudlaşdıracaq

3228
Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə xarici, o cümlədən Rusiya telekanallarının ictimai multipleksdə yayımını məhdudlaşdıracaq qanun imzalayıb. Bu barədə erməni liderin Mətbuat Xidmətindən bildiriblər.

“Audiovizual media haqqında” qanun Ermənistan Milli Məclisi tərəfindən iyulun 16-da ikinci və yekun oxunuşda qəbul edilib. Onun müddəalarından biri xarici audiovizual proqramların yalnız dövlətlərarası müqavilə əsasında ictimai multipleks vasitəsilə lisenziya olmadan retranslyasiya oluna biləcəyini nəzərdə tutur.

"Ermənistan Prezidenti bu gün “Audiovizual media haqqında” qanun imzalayıb”, - deyə "RİA Novosti"nin sərəncamına daxil olan məlumatda bildirilir. Qərar rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

Prezident Administrasiyasında bildiriblər ki, qanun konstitusiyaya uyğundur. Bununla yanaşı, qeyd edilir ki, onun tam yerinə yetirilməsi üçün keçid müddəalarında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi zəruridir.

Lisenziyalaşdırma şöbəsinin rəhbəri Lianna Dohikyan “RİA Novosti”yə bildirib ki, hazırda xarici telekanallar lisenziyalaşdırılıb və lisenziyanın müddəti başa çatdıqda ən azı 20 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərəcək. "Əgər bundan əvvəl dövlətlərarası müqavilələr bağlanarsa, onlar bu müqavilələr əsasında fəaliyyətlərini davam etdirəcəklər", - deyə Dohikyan bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər