Ermənilər Xızı rayonuna raket atdı FOTOLAR + YENİLƏNİB

Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu ərazisində havada zərərsizləşdirilib.

Humanitar atəşkəs dövründə Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu Sitalçay kəndi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havada zərərsizləşdirilib.

Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb.

Hazırda, raketin olduğu ərazi polis tərəfindən mühafizə olunur, əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Əraziyə ANAMA-nın mütəxəssislərinin gəlməsi gözlənilir.

***

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb.

Raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Raketin qalıqları əkin sahəsinə düşüb.
APA