Ermənistanda mitinq keçirənlər döyüldü

Ermənistanda “İslahatçilar” partiyasının üzvləri və müxalif fəallar dinc etiraz aksiyası zamanı naməlum hücuma məruz qalıblar.

Erməni KİV-lərinin məlumatına görə, bu barədə “İslahatçılar” partiyasının sədri Vahan Babayan bildirib.

Onlar hakim “Mənim Addımım” parlament fraksiyasının deputatı Koryun Mkrtçyanın mandatdan imtina etməsi tələbilə aksiya keçirirmişlər.

“Fəallar xəsarət aldıqlarına görə aksiyanı dayandırdılar. Hücumu təşkil və icra edən şəxslərin təcili tapılaraq qanuna müvafiq formada cəzalandırılması tələbilə hüquq-mühafizə orqanlarına müraciət edirəm”, - deyə Babayan bəyan edib.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirir arasında Qarabağda atəşin dayandırılması barədə üzçtərəfli sazişdən sonra erməni ictimai-siyasi fəallar periodik olaraq “Mənim Addımım” fraksiyasına daxil olan deputatların yaşadıqları ərazidə mandatdan imtina etmək tələbilə etiraz aksiyaları keçirilər.