Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

  • 11 Sen 2019 21:29
  • 11406 Baxış
Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı
Ermənistanda Rusiya hərbçisi, müqavilə əsasında xidmət edən Aleksandr Babuşkinin meyiti tapılıb.

BakuPost-un
Rusiya mediasına məlumatına görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın 23 yaşlı hərbçisinin meyiti Muş məhəlləsində, 32 saylı mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.