Ru
11:01 / 27 Oktyabr 2020

Ermənistanda həkim həbs edildi - Saxta COVID-19 sənədinə görə

2092
Ermənistanda orduya səfərbərliyə çağırılan şəxslərə saxta COVID-19 sənədi verən həkim həbs olunub.

"BakuPost" xəbər verir ki, faktla bağlım Ermənistan Milli Təhlükəsizlik Xidməti əməliyyat təşkil edib.

Sosial medianın erməni seqmentindəki paylaşımlarda birbaşa dilə gətirilən hadisə ilə bağlı ermənilər cəbhəyə gedib qurban olmaq istəmədiklərini söyləyir.

Qeyd edək ki, Ermənistanda saxta COVID-19 sənədi 1000-2000 dollar qiymətinə satılır. Ölkədə son zamanlarda koronavirusa yoluxma statistikası birdən-birə 2 min 500-ə qədər yüksəlib.

Xatırladaq ki, ötən gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan vəzifəsindən azad edilib.

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatlarını davam etdirir. Bu istiqamətdə Ermənistan hərbi birləşmələrinin böyük hissəsi darmadağın edilib. Bu gün əməliyyatların başlanmasının 1 ayı tamam olur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər