Ermənistanda "Sorosun uşaqları" bir-birini ifşa etməyə başladılar FOTOLAR

Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Ermənistanda yaşanan hərbi-siyasi böhranın xaosa doğru sürətlə dərinləməsinə təkan verib. Yaranmış total xaos vəziyyətində tarixi müttəfiqlərinə arxa çevirən Ermənistan rəhbərliyi – “Soros uşaqları” hazırda vəzifə savaşında bir-birini “anti-Rusiya” mövqeyi tutmasını, baş verən məğlubiyyətdə ittham etməyi çıxış yolu kimi görür.

Hazırda hərbi-siyasi böhrandan xaosa sürüklənən düşmən ölkədə, politoloji elmdə tətbiq edilən proqnoz ssenarilərin paradoksal şəkildə heç birinin Ermənistan siyasi sisteminə tətbiqi mümkün deyil. Bütün proqnozlar istisna olmadan bədbin və mənfi istiqamətlidir. Bu həqiqətən də istənilən dövlət üçün görünməmiş iflas həddidir. Hərbi-siyasi məğlubiyyət: iki il əvvəl Ermənistanda yeni konstitusiyasının qəbulu ilə ortaya çıxan psevdo-yalançı parlament sisteminə, “məxməri inqilab” mifinə, cari rəhbərliyin “tabutuna sancılan sonuncu mismarlardır”.

Baş verənlərdə maraqlı məqam - “Soros uşaqlarının” vəzifə uğrunda mübarizədə bir-birini ifşa etmək üçün “anti- Rusiya mövqeyi” tutduqlarına dair kompromatları aqressiv şəkildə ortaya atmaqdadır.

Hakimiyyət dairələrində “kürsü uğrunda” mübarizə tam amansızlığı ilə davam edir. Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan sabiq Müdafiə naziri D.Tonoyanın yeri uğrunda ölüm-dirim savaşına girişib.
A.Köçəryan D.Tonoyanı müharibə müddətində bir dəfə də uçmayan şəxsi erməni Hərbi Hava qüvvələri rəhbəri təyin etməkdə ittiham edib. Sensasiya kimi Tonoyanın “Yeni müharibə.Yeni ərazilər” strategiyasının bütün bəlaların səbəbi olmasında günahlandırıb.
D.Tonoyan isə kompromat savaşında, Müdafiə naziri olmaq istəyən Parlament Komitə rəhbərinin oğlunun Qarabağda müharibə getdiyi vaxt nəinki Ermənistanı tərk etməsini, hətta Gürcüstanda Rusiya prezidenti V.Putin əleyhinə etiraz aksiyalarında fəal iştirak etməsini yerli KİV-lərdə xəbər başlığına çevirib. Andranik Köçəryanın oğlunun Tbilisidə etiraz aksiyasında “Stop Putin” şüarı ilə iştirak etdiyi fotoları paylaşılıb
Mediada A.Köçəryanın Müdafiə naziri olmaq səyləri Ermənistanın Milli Təhlükəsizliyinə təhdid kimi dəyərləndirilib. Ermənistanın Qarabağda acı məğlubiyyəti fonunda total siyasi xaos yaşayan hazırkı rəhbərliyin durumu həqiqətən də uçurumla müqayisə edilə bilər.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin məlumatı