Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində avtobusun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.
***
Ermənistanda Aqartsin monastırı yaxınlığında tələbələrin olduğu sərnişin avtobusu aşıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 18 nəfər yaralanıb.
“Bir nəfərin vəziyyəti ağırdır, hazırda əməliyyat olunur. Qalan 17 nəfərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılar Tavuş Regional Tibb Mərkəzinə yerləşdirilib”, - məlumatda qeyd olunub.