Ru
09:37 / 07 Oktyabr 2020

Ermənistanın Meğri şəhərinin meri yaralandı - Qarabağda

2240

Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. Bəzi məlumatlara görə, o, döyüşdən yayınmaq üçün yaralanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər