Ru
21:32 / 20 İyul 2020

"Ermənistanla Azərbaycan arasında genişmiqyaslı münaqişə fəlakət olar" - BMT

7725
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. O bildirib ki, dövlətlər arasında tammiqyaslı münaqişə fəlakət olar.

"BakuPost" xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib Azərbaycanla Ermənistan arasında davam edən gərginliyi dərin narahatlıqla izləyir. O, maksimum təmkinliyə çağırır - bu iki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar”, - Düjarik deyib.

Xatırladaq ki, daha əvvəl də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər