Ru
14:02 / 30 Oktyabr 2019

ƏSA "Paris partladı" nı təqdim etdi

2097

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr - ƏSA Teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını reallaşdırıb.

BakuPost xəbər verir ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində gerçəkləşib. Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.

Aktyorların məharətli çıxışı səhnə əsərinin baxımlı dib, tamaşa maraqla qarşılanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər