Ru
11:33 / 09 Dekabr 2025

Əsəd və müşaviri Putini lağa qoyurmuş - Qalmaqallı VİDEO

 Əsəd və müşaviri Putini lağa qoyurmuş - Qalmaqallı VİDEO
Eye

Suriyanın keçmiş lideri Bəşər Əsəd və onun keçmiş müşaviri Luna əl-Şiblin Rusiya Prezidenti Vladimir Putin haqda istehza ilə danışdıqları görüntülər və səs yazıları ortaya çıxıb.

Bakupost.az "Azpolitika"ya istinadən xəbər verir ki, bir səs yazısında 2024-cü ilin iyul ayında avtomobil qəzasında həlak olan Luna əl-Şiblin Putinin görünüşü və sağlamlığı ilə bağlı istehza ilə ifadələr işlətdiyi eşidilir.

Əş-Şibl soruşur: "Putinin üzündəki şişkinliyi gördünüzmü?"

Əsəd cavab verir: "Hamısı plastik cərrahiyyədir".

Əş-Şibl davam edir:"Bəli, Putinlə bağlı hər şey plastik cərrahiyyədir. Onun 65 yaşı var... Bu görüntü onu çox pis göstərirdi".

Sızdırılan başqa bir səs yazısında Luna əl-Şiblin Suriya ordusu əsgərlərini hədəf aldığı göstərilir.

Əş-Şibl deyir: "Onlar mənim üzümə baxırlar... Mən onları sevirəm, amma onlardan iyrənirəm".

Mənbələr "Əl-Ərəbiyyə"yə təsdiqləyiblər ki, səs yazıları çəkilərkən Əsədin müşaviri əl-Şiblin köməkçisi Əmcəd İssa da həmin avtomobildə olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar