Ru
16:18 / 10 May 2021

Valideynlər Robert Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO

1921
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

Bakupost.az xəbər verir ki, ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkənitalamaqda günahlandırıb.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər