Ru
18:39 / 18 Fevral 2020

Əşrəf Qani yenidən prezident seçildi

1397
Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani rəsmi olaraq prezident seçkilərinin qalibi elan edilib.

Bu barədə ölkənin Müstəqil Seçki Komissiyasının sədri Hava Alam Nuristani keçirdiyi bildirib. Onun sözlərinə görə, Əşraf Qani seçicilərin 50.64% səsini toplayıb.

Qeyd olunub ki, ölkənin səs vermək hüququ olan və seçki məntəqələrinə gələn 923 mindən çox ölkə vətəndaşı ona səs verib.

İkinci yerdə 39,52% səslə ölkənin baş naziri Abdullah Abdullah, 3,85% nəticə ilə keçmiş baş nazir və Əfqan mücahidlərinin keçmiş lideri Gülbuddin Hekmatyar qərarlaşıb. (Azvision.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər